Hemofiliya xəstələrinə drəmanları niyə verilmir?
Hemofiliya xəstələri dövlət tərəfindən onlara verilməli olan dərman preparatını ala bilmirlər.
XALQ xəbər verir ki, söhbət qanın laxtalanmasına kömək edən Faktor 9 preparatlarından gedir. Hemafiliyalı xəstələr iddia edir ki, onlar 2 aydan çoxdur bu dərmanı almırlar.
Bu xəstəlikdən əziyyət çəkən insanlarda zədələnmə zamanı qanaxma uzun müddət dayanmır, oynaqlara və daxili orqanlara öz-özünə qansızmalar baş verir və vaxtında müdaxilə edilmədikdə xəstəlik əlilliyə və ya ölümə səbəb ola bilir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, müqavilə üzrə yalnız bir preparatın (Oktanin F) verilməsində ləngimə müşahidə olunur. Hazırda həmin preparatın yenidən qeydiyyatı prosesi aparılır. Podratçı şirkət tərəfindən təqdim edilən məlumata əsasən, adıçəkilən dərman vasitəsinin qeydiyyatı ilə bağlı müvafiq sənədlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təqdim olunub, qeydiyyat vəsiqəsinin verilməsi gözlənilir. Proses başa çatdıqdan sonra tibb müəssisəsi adıçəkilən dərman preparatı ilə təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










