Nərimanov rayon sakinlərinin şikayəti: Manaf Manafov müraciətlərini niyə həll etmir? -Fotofakt
Nərimanov rayonu M.Əhmədzadə küçəsində təhlükəli vəziyyət.
Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki bu eyvan demək olar sökülmək, dağılmaq üzrədir.
XALQ-a daxil olan məlumata görə, sakinlər dəfələrlə Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə müraciət etsələrdə heç bir köməklik göstərilməyib.
Məsələ ilə bağlı Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyiyinin rəisi Manaf Manafovdur.
Qurumlarında fikirlərin dərc etməyə hazırıq.