Novxanıda “Santo Mare”də Naxçıvanda nazir olan iş adamı qanunsuz tikintini necə davam etdirir? -Videofakt
Bir müddət öncə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare”restoran otel kompleksində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
XALQ -a daxil olan məlumatda görə “Santo Mare”restoran otel kompleksində yenidən həmin ərazidə dənizkənarında əlavə tikinti, artıram və quraşdırma işlərinə başlandığı iddia olunur.
Qeyd edək ki, Dənizkənarında, xüsusilə mühafizə zolaqlarında qanunsuz tikinti işlərinin aparılması ictimai sərvətin mənimsənilməsi və vətəndaş hüquqlarının pozulması kimi qiymətləndirilərək ir. Son zamanlar belə hallara, o cümlədən Novxanı ərazisində tez-tez rast gəlinir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən dəniz kənarındakı qanunsuz tikililərə göz yumması müəmmalıdır.
Sumqayıtda “Santo Mare” MMC tərəfindən dəniz kənarında, həmçinin yaşıl ağacların məhv edilməsi ilə aparılan tikinti işləri qanunsuz hesab edilərək dayandırılsada bu günlərdə başlanılan işlər bunu deməyə əsas verir ki, hansı yüksək vəzifəli məmurun himayəsi ilə bu qanunsuzluqlar davam etdirilir.
Araşdırmalarımız nətəcəsində məlum olmuşdur ki Sadiq adlı sahibkar və Naxçıvandan olan keçmiş nazir bu restoranı sahibləridir və qanunsuz tikintini heç bir icazəverici sənəd olmadan apararaq dənizkənarında qum üzərində hovuz və digər quraşdırma işləri getdiyi idda olunur.
Məslə ilə bağlı “Santo Mare” restoran hotel kompleksi ilə əlaqə saxlasaqda heç bir açıqlama verilmədi.
Həmçinin Sumqayıt icra Hakimiyyətindən və adiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmadı.
Aidiyyatı ququrmlarında fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik, inanırıq ki məsələyə dair qurumlar bu qanunszuluğun qarşısını alacaq.














