media-700

Xətai rayonunda növbəti qanunsuz tikinti.

XALQ-ın məlumatına görə Xətai rayonu N. Tusi küçəsində qanunsuz tikinti işləri aparılır.

Qanunsuz tikinti  gecə ilə aparılıb . Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur.

Qeyd edək ki, belə qanunsuz tikintilərlə bağlı  müətmadi sosial platformalarda məlumatlar dərc olunur

Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətindən və  Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən münasibət öyrənmək mümkün olmadı.

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

media-raff

Qeyd edək ki,2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Həmin qanunsuz tikintinin videosunu təqdim edirik:


media-728x90banner

Bənzər xəbərlər