media-93

XALQ 7news.az-a istinadla xəbər verir ki, DSX zabiti Tural Abdullayev 9 nəfərin 1 milyondan çox vəsaitini mənimsəyərək dələduzluq etmişdi. Hakim Rafiq Abbasov cəzanı 14 ildən 6 ilə saldı, daha sonra azad edəcəyini vəd etdi və sözünün üstünədurdu. Budur, Tural Abdullayev azadlıqdadır, vəsaiti dələduzluq yolu ilə oğurlanan sıravi iş adamları, vətəndaşlar isə çıxılmaz vəziyyətdə qalıblar.

Dövlət Sərhəd Xidmətinin zabiti, 2016-cı və 2018-ci illərdə Yalama vəBiləsuvarda DSX-nin buraxılış məntəqələrinin rəisi vəzifələrində işləmiş kapitan Tural Abdullayevin dələduzluğa görə həbsini xatırlayırlar. Normalda kapitan olmasına baxmayaraq, Tural Abdullayev çox mühüm və əhəmiyyətli postlarda vəzifə alıb və karyera yüksəlişinə görə DSX-nın o zamankı komandan müavini olan atası Sücəddin Abdullayevə borclu olub. Amma gənc yaşlarında yüksək vəzifələr tutan Tural Abdullayev karyerasını davam etdirmək yolunu deyil, dələduzluq yolunu seçib. Bəlkə də bu seçimində yanılmayıb da…

Çox təəccüblü və maraqlısı da budur ki, o öz tələsinə ilk olaraq saldığı insanlardan biri də Qarabağ müharibəsi veteranı, dostu, öz kirvəsi Namiq Mikayıl oğlu Hüseynov olub. Böyük pulları ələ keçirməzdən öncə kapitan Abdullayev kirvəsindən müxtəlif vaxtlarda 3 min, 5 min, 10min manatadək pul alıb və qaytarıb. Bu hadisə bir neçə dəfə təkrarlanıb və kirvəsinin tam etibarını qazanıb. Namiq Hüseynov isə, ailə üzvü hesab etdiyi kirvəsindən bu zaman ərzində heç şübhələnməyib.

Namiq Abdullayev isə onun yeganə qurbanı deyil. Daha 8 nəfər Tural Abdullayevin dələduzluğunun qurbanı olduğuna görə məhkəməyə müraciət edib. Ümumilikdə, 9 nəfərdən 1 milyondan çox vəsait oğurlayan Tural Abdullayev azadlıqdır.

media-70

Müraciətdə deyilir ki, o bu azadlığını qohumları Xanlar Vəliyev, bacısı Ceyran xanım, onun əri, Nərimanov Səfərbərlik idarəsinin mayoru İsmayıl Daşdəmirova borcludur. Məlumatda o da qeyd edilir ki, Tural Abdullayevin atası Sucəddin Abdullayev Ramiz Mehdiyevin yaxın silahdaşı olub.

Mövzunu dava etdirəcəyik.


media-728x90banner

Bənzər xəbərlər