Bu gün saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

XALQ.AZ  xəbər verir ki, bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 10:00-a qədər respublika üzrə 636 842 nəfər səs verib. Seçici fəallığı 9,2% olub.

F.Orucov əlavə edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.

***

Saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20,39% olub.

F.Orucovun sözlərinə görə, qeyd edilən müddətə qədər respublika üzrə 1 milyon 309 min 522 nəfər səs verib. Hesabat vermiş məntəqələrin sayı 6478-dir.


media-728x90banner

Bənzər xəbərlər