Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

XALQ.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, onlardan 1047 nəfərin namizədliyi qeydə alınıb:

“Müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrini götürüb. 1772 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 1047 nəfəri qeydə alınıb”.


media-728x90banner

Bənzər xəbərlər