Tibb

Tibb ocağının rəhbərliyi isə yığılan pulları Səhiyyə Nazirliyinə verdiklərini deyirlər

Xətai rayonunda yerləşən 2 saylı Uşaq Poliklinikasından şikayət edənlərin sayı xeyli artıb. Buna səbəb sözügedən tibb ocağında uşaqlara verilən sağlamlıq haqqında arayışın satılmasıdır.

Məlumatlara görə, uşaqları üçün sağlamlıq arayışı almaq istəyən valideynlərə 2 saylı Uşaq Poliklinikasında bildirirlər ki, əgər 25-30 manat verməsələr, həmin sənədi ala bilməyəcəklər. Üstəlik, onlara o da deyilir ki, valideynlərin şikayət etməsinin heç bir xeyri də yoxdur. Çünki yığılan pulları birbaşa Səhiyyə Nazirliyinə çatdırılır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Onların da münasibətini yayımlamağa hazırıq.


media-728x90banner

Bənzər xəbərlər