media-zakirrr

Ölkədə başladılan kadr dəyişiklikləri mütəmadi  davam edir.

Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu.   Lakin pensiya  yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.

 XALQ-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.

Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.

media-zakirr

20 ildir İcra hakimiyyətinin başçısı olan Zakir Fərəcov  71  yaşı olub. 

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.

• Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
• 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
• 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
• 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
• 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
• Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə  26 dekabr 2012-ci il tarixli 2625 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında 4 oktyabr 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə 21 noyabr 2019-cu il  tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var.


media-728x90banner

Bənzər xəbərlər