media-30
Elm və Təhsil Nazirliyi son bir ildə yanğından mühafizə avadanlıqlarının alınmasına 20 milyon 830 min manat pul xərcləyib.
XALQ-ın məlumatına görə, nazirliyin tabeliyində olan Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi belə tenderlərdən birini bu gün reallaşdırıb.
Belə ki, nazirliyin sözügedən idarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınmasına dair tenderin nəticəsini açıqlayıb. Məlum olub ki, müsabiqənin qalibi “ELEMENT YT” QSC olub. Şirkətlə nazirlik arasında bu işlər üçün 10 milyon 165 min 227 manatlıq müqavilə bağlanıb.
JAM açıq mənbələrə istinadən bildirir ki, nazirlik eyni şirkətlə ötən ildə bahalı saziş imzalayıb. Belə ki, 26.11.2024-cü ildə “ELEMENT YT” QSC-yə yanğından mühafizə avadanlıqlarının alınması və quraşdırılması üçün 10 milyon 664 min 973 manatlıq sifariş verib.
Amma nazirliklə şirkət arasında eyni məzmunlu tenderlər əvvəlki illərdə də baş tutub. Belə ki, bu məqsədlə tərəflər arasında 12.399.775,71 manat 11.11.2020-ci il, 13.099.713,9 manat 21.09.2021-ci il, 15.144.749,4 manat 07.10.2022-ci il, 14.461.575,32 manat 20.11.2023-cü il, 10.621.760,17 manat 11.12.2024-cü il tarixlərində 5 satınalma müqaviləsi bağlanılıb. Bundan əlavə Elm və Təhsil Nazirliyi 03.09.2024-cü ildə Elm və Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması xidmətlərinin yerinə yetirilməsi üzrə “ELEMENT YT” QSC ilə 1.420,72 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELEMENT YT” (VÖEN: 2005410371) Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisi kimi isə Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 25.01.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub. Daha sonra Abbasov Elçin Təmraz oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib.Tribunainfo.az

media-728x90banner

Bənzər xəbərlər