media-100

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin kollektivi Quba rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.

Bizimesr.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi ziyarətlə bağlı fotoları “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifələrində paylaşıb. Fotolarda idarənin müdiri Coşqun Əliyev və kollektiv üzvlərinin şəhidlərin məzarları üzərinə qərənfil qoyduğu əks olunub.

Lakin paylaşılan fotolar arasında diqqət çəkən və ictimai narazılığa səbəb olan bir məqam da yer alıb. Belə ki, fotolardan birində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin rayonda saxlanılan Sovet ordusu əsgərinin abidəsi üzərinə də qərənfil qoyduğu görünür.

Bu addım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İstifadəçilər 20 Yanvar faciəsinin məhz Sovet ordusu tərəfindən törədildiyini xatırladaraq, həmin gün Sovet əsgərinə aid abidəyə gül qoyulmasını qəbuledilməz və yolverilməz hesab ediblər.

Qeyd edək ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı Sovet ordusunun Bakıda və respublikanın digər bölgələrində həyata keçirdiyi hərbi müdaxilə nəticəsində yüzlərlə dinc sakin həlak olub. Bu tarix Azərbaycan xalqının azadlıq mübarizəsində qanla yazılmış səhifə kimi yadda qalıb. Məhz bu səbəbdən 20 Yanvar günü Sovet ordusuna aid hər hansı simvol və ya abidənin anılması cəmiyyətdə həssaslıqla qarşılanır.Bizimesr.az 

media-100 media-101 media-102


media-728x90banner

Bənzər xəbərlər