media-999

Masazırda qanunsuz tikinti aparılır?

XALQ-a daxil olan məlumata görə Abşeron rayonu Masazırda “Soliton Masazır” mağazasının arxa küçəsində qanunsuz tikinti işləri aparılır.

Sakinlər bildirirlər ki, onsuzda yaşadığımız küçə keçilməz vəziyyətdəir bir tərəfdən də bu ağır texnikalar yolumuzu bağlayır keçilməz edir. Aidiyyatı qurumlara bunula bağlı müraciət etsəkdə heç bir tədbir görülmür.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron  rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmadı

Abşeron rayon icra Hakimiyyətinə sorğu verilib. Qeyd edək ki, Abşeron  rayonunda qanunsuz tikinti ilə bağlı ilk hal deyil.

Tikinti ilə bağlı aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Tikinti aparılan ərazinin görüntülərini təqdim edirik:

Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

media-abdin

 

 


media-728x90banner

Bənzər xəbərlər