21 yaşlı hamilə qadın təcili yardım avtomobilində öldü
Naxçıvanda 21 yaşlı hamilə qadın təcili yardım avtomobilində ölüb.
Hadisə bu gün baş verib. XALQ.AZ məlumat verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Gülcan İlham qızı Məhərrəmova üçün təcili tibbi yardım çağırılıb.
O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. Bildirilib ki, ana və övladının ölümünə səbəb təzyiq olub.
Mərhum G.Məhərrəmova Babək rayonu Payız kəndində dəfn edilib. Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.