Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Xalq.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib: “Dövlətə dəyən maddi ziyanı ailəmə məxsus əmlaklarla ödəməyə hazıram”.

Daha sonra dövlət ittihamçısı V.Hacıyevə suallar verib. O deyib ki, təqsirləndirilən şəxsə məxsus mənzilə və xidməti otağına baxış zamanı 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi (ümumilikdə 6 298 834 manat) vəsait müsadirə edilib. V.Hacıyev isə söyləyib ki, həmin vəsaitlərin hamısı həyat yoldaşının babasından miras qalmış pullar idi.

Daha sonra sabiq icra başçı qanunsuz silah saxlamada ittiham olunduğu epizod üzrə də danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədlə silah mağazasından alıb. V.Hacıyev dövlət ittihamçısının digər epizodlar üzrə verdiyi suallara cavab verməkdən imtina edib.


media-728x90banner

Bənzər xəbərlər