Yeni kadr təyinatı
Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.
Xalq.Az-ın xəbərinə görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Baş Prokurorun əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.
Onun yerinə isə Ağdaş rayonuna yeni prokuror vəzifəsinə Anar Əliyev təyin edilib.
Baş Prokurorun daha bir əmri ilə Vüqar Nəsibov Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.