Əməkdaşlığa dair memorandum imzalandı
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistan Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
KOBİA-nın məlumatına görə, sənəd avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində imzalanıb.