Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupu Londondakı Azərbaycan səfirliyinə edilən hücumla bağlı açıqlama verib.
Bu barədə qrupun “Twitter“ ünvanında qeyd edilib:
“Biz bu hücumu pisləyir və səfirlik işçilərinin həyatına real təhlükə olmağına baxmayaraq onların zərər görməməsinə sevinirik”, – deyə açıqlamada deyilir.
İşçi qrupu vəziyyətlə məşğul olan polisə təşəkkür edib.