MM-də şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər müzakirə ediləcək
Bununla bağlı parlamentin 2022-ci il payız sessiyasının ilk plenar iclasının gündəliyinə məsələ daxil edilib.
Gündəliyə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi deputatlar tərəfindən müzakirə olunacaq.










