Almaniyada dövlət çevrilişinə cəhdə hazırlıqla bağlı vəziyyət bu ölkənin daxili işidir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Almaniya tərəfinin də vurğuladığı kimi Rusiyanın məsələyə heç bir müdaxiləsinin olmadığını deyib.

“Güman ki, bu Almaniyanın daxili problemidir və özlərinin də dediyi kimi Rusiyanın hər hansı müdaxiləsindən söhbət belə gedə bilməz. Bu barədə biz mətbuatdan xəbər tutduq. Bu barədə deməyə sözümüz yoxdur”.


media-728x90banner

Bənzər xəbərlər