“Demək olar, salamat bina qalmayıb, yerdə qalanlar isə yararsız vəziyyətə düşüb
“Türkiyədə baş verən zəlzələlərdən sonra biz əraziyə yollanaraq, araşdırmalara başladıq. Baş verən zəlzələni əsrin faciəsi adlandırmaq olar. Çünki ərazi tamamilə yerlə-yeksandır”. Bu sözləri Kahramanmaraş şəhərində azərbaycanlı mütəxəssislər tərəfindən aparılan geofiziki, mühəndis-seysmik tədqiqatlarla bağlı keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.
İlkin hesablamalara görə, 650 mindən çox mənzil yenidən tikilməlidir: “Demək olar ki, salamat bina qalmayıb, yerdə qalanlar isə yararsız vəziyyətə düşüb. Bina tikilən zaman ilk olaraq hər bir binanın altı araşdırılmalı və öyrənilməlidir. Türkiyədə baş verən zəlzələ ərazisində də məhz bu fikir öz təsdiqini tapdı. Belə ki, yanaşı olan və eyni şirkət tərəfindən tikilən binanın biri çökdüyü halda, digərində, sadəcə, çatlar əmələ gəlmişdi. Bu, sırf bina altında yatan layların müxtəlifliyindən asılıdır. Buna görə də bina tikilməzdən öncə ərazi öyrənilməlidir”.
sia.az
Sevinc










