“Hər bir xalqın taleyində onun yetişdirdiyi liderlər çox önəmli rol oynayır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun taleyində Ulu Öndər Heydər Əliyev kimi bir dahi şəxsiyyət yetişdi və ölkəmizin ən çətin anlarında Azərbaycanı xilas edərək, müstəqilliyə apardı. Qısa vaxt ərzində ölkədə sabitlik, sərhəddə atəşkəs bərpa olundu və iqtisadi irəliləyişlərə start verildi”. Bu sözləri  millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider MDB ölkələri içərisində ilk dəfə Azərbaycanın torpaq islahatının həyata keçirilməsini təmin etdi: “Hansı ki, bu çox riskli bir məsələ idi. Bundan başqa türk dövlətləri içərisində ilk dəfə olaraq latın əlifbasına keçilməsi, senzuranın ləğv edilməsi, mədəniyyət, incəsənət, tarix və siyasi aləmdə Azərbaycanı dünyaya tanıdan insanların əbədiləşdirilməsində də Ulu Öndərin imzası vardır. Bu gün cənab Prezidentin rəhbərliyi ilə inkişaf edən ölkəmiz 1990-cı illərin əvvəllərində düzgün qoyulmuş bünövrənin nəticəsidir. Cənab Prezidentin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili”nin elan olunması bir daha bütün xalqımıza ölkəmiz üçün atdığı mühüm addımları və fədəkarlıqları xatırlatdı”.

 

sia


media-728x90banner

Bənzər xəbərlər