“Yelo Bank” cərimə ilə kifayətlənmədi, müştərinin balansındakı qəpikləri də mənimsədi
“Yelo Bank” bayram tətilində qəbul etmədiyi kredit ödənişinə görə müştəriyə gecikmə cəriməsi yazıb. Üstəlik müştərinin balansında olan qəpikləri də mənimsəyib.
Bununla bağlı bank müştərisi malik Səbuhi üzləşdiyi problemi sosial şəbəkədə ictimailəşdirib. Bildirib ki, ona haqsız yerə cərimə yazılmasına baxmayaraq, ödənişini edib:
“Bildiriş gəlib ki, 2.71 AZN pul ödəyin, kreditin son günüdür. Halbuki cədvəl üzrə ayın 23-dədir ödəniş günüm. Ayın 22-si ödəniş etmişəm, ancaq bayrama görə 25-nə hesablanıb və 2.71 AZN həmin 2 günə faiz hesablanıb. Haqsızlıq olmasına baxmayaraq qəbul etdim və mən də o 2 manat 71 qəpiyi əlavə olaraq ödədim. Bununla belə 0.36 qəpik də balansımda vardı. Bu bank bu gün mənim 0.36 qəpiyimi də silinmiş göstərir, üstəlik mənə 0.01 qəpik gecikmə də yazıb”.












