Millət vəkili: “Türk xalqı ən doğru qərarı verəcək”
Türkiyədə keçirilməkdə olan Prezident və Parlament seçkilərini izləmək üçün Milli Məclisin 15 nəfərdən ibarət deputat heyəti səfərdədir.
XALQ.AZ xəbə verir ki, Milli Məclisin üzvü Soltan Məmmədov Türkiyədə keçirilən seçkiləri müşahidə edir. Deputat seçkilərlə bağlı bildirib ki, Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkiləri ilə əlaqədar qardaş ölkədə seçkilərə qatılan müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşdük.
Bu gün isə səsvermə prosesini bilavasitə müşahidə etmək imkanımız oldu. Türkiyə azad və ədalətli seçki ənənələri formalaşmış, demokratiya yolunda ciddi uğurlara imza atmış müasir və güclü bir dövlətdir. Bizim əsas arzumuz, gözləntimiz bu seçkilərin bütün Türk xalqı və Türk dünyası üçün xeyirli, uğurlu olmasıdır.
Millət vəkili bildirib ki, əminik ki, Türk xalqı həmişə olduğu kimi bu dəfə də öz müdrikliyini sübut edərək, ən doğru qərarı verəcək.
XALQ.AZ














