Əhməd Obalı və oğlu əməliyyat olunub, vəziyyətləri orta-ağırdır
“Əhməd Obalı və oğlu Dəniz baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır”.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova deyib.
Onun sözlərinə görə, güneyli milli fəalın oğlu Dənizin vəziyyəti daha ağırdır:
F .Pənahov bildirib ki, planlı hazırlanan cinayətdə məqsəd Ə. Obalı və Dənizin boynunu sındıraraq öldürməkmiş:
“Nahidə xanım ağır psixoloji sarsıntı keçirib. O, yoldaşının, oğlunun və özünün təhlükəsizliyi ilə bağlı qorxu içindədir. Ümid edirik ki, ABŞ polisi baş verənlərə hüquqi müstəvidə cavab verəcək”.
Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.