Ələtdə quruculuq işləri davam edir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il Heydər Əliyev ili elan edilmişdir.
Bakının Qaradağ rayonunda da “Heydər Əliyev ili” çərçivəsində abadlıq quruculuq işi davam edir, eyni zamanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyaları, yeni abad məhəllərlərin salınması işləri həyata keçirilmişdir. Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, əhalinin vaxtının səmərəli keçirməyi, asudə vaxtının maraqlı keçirilməsi, yaşıllıq zolaqlarının daha da genişləndirməsi, ekoloji tarazlığın bərpa edılməsi, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək vərdişlərini aşılamaqdır.
Qaradağ rayonunun Ələt qəsəbəsində də “HEYDƏR ƏLİYEV İLİ” çərçivəsində təmizlik-abadlıq işləri davam edir. Bu məqsədlə müxtəlifyönümlü tədbirlər həyata keçirilmiş, yaşıllaşdırma və abadlıq işləri görülmüşdür. Ələt qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xatirəsinə bir neçə ay öncə qəsəbədə yeni abad məhəllənin tikintisinə başlanılmışdır.
Qeyd edək ki, ümumi sahəsi 600 kv.m olan parka 2000 ədəd mişar daşı istifadə olunaraq, hasar tikilmiş, 70 kv.metr bəzəkli dəmir reşetka quraşdırılıb. Parkən ərazisində 400 kv.m aqlay daş yerə döşənib, ərtafda 120 kv.m qazon salınıb. Bundan əlavə 50 ədəd piramida şam ağacı, 30 ədəd zeytun ağacı, 30 ədəd tuya həmişə yaşıl ağac, 130 ədəd bəzəkli gül kolları əkilmişdir. Ağacların suvarılması üçün su xətti çəkilmiş və elektrik enerjisi təminatı üçün iki ədəd günəş paneli quraşdırılıb. Əhalinin istirahətini təmin etmək üçün bir kölgəlik söhbətgah, iki ədəd 10 oturacaqlı uşaq yeləncəyi, iki ədəd sürüşkən, bir ədəd ikitərəfli, bir ədəd dairəvi artaksion və 10 ədəd skameyka quraşdırılmışdır.

























