Bu məhsullar ucuzlaşa bilər – VİDEO
Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Lirə təkcə bu gün dollar qarşısında 1% dəyər itirib.
Hazırda 1 dolların dəyəri 20-21 lirəyə bərabərdir.
Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Mərkəzi Bankın bu günə açıqladığı məzənnəyə əsasən 1 lirənin dəyəri 8 qəpiyə bərabərdir.
Elşad Məmmədov hesab edir ki, mövcud vəziyyət uzun müddət davam edərsə, Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər.
Mütəxəssis əlavə edib ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməsə, mövcud vəziyyət hələ bir müddət davam edəcək.