“28 May”da hadisə
Paytaxtın Nəsimi rayonunda – metronun “28 May” stansiyası yaxınlığında binanın üzlüyü yüksəklikdən həyətə tökülüb.
Hadisəyə dair görüntüləri bloqer Saleh Nəsirli paylaşıb.
Bildirilib ki, hadisə Səməd Vurğun parkının yanındakı çoxmərtəbəli binada baş verib.
Binanın aqlay örtüyünün qoparaq tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi zərər dəyib.










