media-02

Bakı şəhəri 295 nömrəli tam orta məktəbdə,  Ulu Öndər H. Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik ” ili çərçivəsində “Rənglərin işıgı” adlı tədbir keçirilib .

Milli Məclisin deputatı Ülviyyə Həməzyeva məktəbin direktoru  Dilarə Cəbrayılovanın dəvəti ilə tədbirdə iştirak edib.  Məktəbdə keçirilən tədbir zamanı millət vəkili çıxış edərk bildirib ki, Nardaran tarix boyu öz tanınmış simaları ilə zəngindir. Onlardan: Leyla Məmmədbəyova-ilk qadın təyyarəçi, Məmməd Mövsumzadə-kimya elmləri doktotu, kinorejissor Həsən Seyidbəyli, xalq artisti Ağasəlim Abdullayev, əməkdar rəssam Adil Rüstəmov və digərlərini qeyd etmək olar. Inanırıq ki, bu gözəl torpaq Azərbaycan elminə, mədəniyyətinə, incəsənətə, siyasətinə hələ neçə tanınmış simaları bəxş edəcək.

Gözəl gün üçün, məktəbin gülərüz kollektivinə, istedadlı şagirdlərə öz minnətdarlığımı bildirirəm deyə  millət vəkili qeyd edib.

media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08 media-09 media-010 media-011


media-728x90banner

Bənzər xəbərlər