3 uşaqlı ailələrlə bağlı yeni təkliflər hazırlanır
“Çoxuşaqlı ailə kriteriyası məsələsinə baxmaq yenidən tövsiyə olunur”.
XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında təkliflə çıxış edib.
Komitə sədri bildirib ki, sözügedən məsələ tez-tez müzakirə mövzusuna çevrilir:
“Ölkədə təbii artım azalıb. Əvvəllər 160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 minə edib. Buna görə də çoxuşaqlı ailələrlə bağlı 5 və daha çox uşaq məsələsinə yenidən baxmaq, yəni çoxuşaqlı ailə anlayışında sayı azaltmaq barədə düşünmək olar”