media-gomr

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.

media-gg

 XALQ xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.

Nəticədə otağa tavandan su tökülməyə başlayıb.

Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin inzibati binasının tikintisini “Progress” Sənaye İstehsalat Şirkəti həyata keçirib, və açıq mənbələrdən müqavilənin ümumi məbləği isə 30 000 000 manat olub.

 

Dövlət Gömrük Komitəsindən bildirildi ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib. 

 


media-728x90banner

Bənzər xəbərlər