2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun rayonun Ərçivan qəsəbəsində və Şiyəkəran kəndində seçicilərlə görüşləri keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov ilk dəfə bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən bəhs edib. O, 1993-cü ildən bu günə qədər qatıldığı bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının xalqın dəstəyinə arxalandığını və xalqa xidmət göstərdiyini söyləyib.

Deputatlığa namizəd Rəşad Mahmudov partiyanın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, insanların xoş əhval-ruhiyyəsindən, yüksək fəallığından göründüyü kimi, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı böyükdür: “Hər bir seçkinin nəticələri bu etimadın daha da artdığını təsdiqləyir. Çünki YAP yarandığı gündən Azərbaycanın daha da güclənməsi, nüfuzunun artması, xalqın rifahının daha da yüksəlməsi üçün əzmlə çalışır. Partiyanın sözlə əməl birliyi, hər bir təşəbbüsünün, qəbul etdiyi qərarın Azərbaycanın uğurlu gələcəyinə xidmət etməsi onun cəmiyyətdə rolunu artırır, mövqeyini daha da möhkəmləndirir”.

Elnur Rüstəmov, Araz Mehrəliyev, Əskər Zeynalov və Yunus Qulamov çıxış edərək parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 

*****

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudov‘un Astara rayonunun Pəlikəş kənd Diyarşünaslıq klubunda
Sım, Pəlikəş, Sipiyəpard, Doli, Şümrüd, Drüyyə, Vovada və Şəvqo kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, ölkəmiz mühüm siyasi kampaniya – 1 sentyabrda keçiriləcək parlament seçkiləri ərəfəsindədir: “Hər bir seçki prosesi ölkəmizin demokratik inkişafında yeni bir mərhələnin başlanğıcı, yeni dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsidir”.
Deputatlığa namizəd Rəşad Mahmudov çıxışında əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, hər bir seçkiyə böyük inamla, qələbə ruhunda və ovqatında qatılan Yeni Azərbaycan Partiyası “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qalib və qüdrətli ölkəmizin keçdiyi zəngin, şərəfli və uğurlu yolun təqdimatını edir.
Çıxış edən görüş iştirakçıları İlqar Orucov, Nüsrət Dadaşov, Ələkbər Həmzəyev və digərləri bildiriblər ki, əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Vurğulanıb ki, bu islahatların daha da dərinləşməsi və sürətlənməsi uğurlu nəticələr verir.
Görüşdə iştirak edən seçicilər də seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Həmin gün R.Mahmudov həmçinin, Astara rayonunun Sım kəndində seçicilərlə görüş keçirib.

media-728x90banner

Bənzər xəbərlər