Deputat seçicilərlə görüşdü
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Gəncədə seçiciləri ilə görüş keçirmişdir.
XALQ.AZ məlumat verir ki, gorüş zamanı seçicilər səhiyyə, əlillik və pensiya təminatı, məşğulluq, mənzil təminatı, və s. sahədə üzləşdikləri problemləri qaldırıblar. Müraciət edən vətəndaşların yerli xarakterli problemlərinin əksəriyyəti deputat tərəfindən yerindəcə həll edilib. Digər məsələlər isə qeydiyyata alınıb və icra olunması üçün deputat sorğuları və məktub formasında hazırlanaraq aidiyyati üzrə yönləndirilməsi işlərinə başlanılıb.



















