Günay Ağamalı Salyanda seçiciləlrə görüşdü
Milli Məclisin deputatı Günay Ağamalı seçicilərlə görüşdü
XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu, Babazanlı yaşayış massivində yerləşən Xeyr-şər evində vətəndaşlarla görüşü keçirildi.
Torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verdi.
































