Millət vəkili Gunay Əfəndiyeva Ziyarətgahda
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevə Şüvəlanda Ziyarətgahda olub.
XALQ xəbər verir ki, millət vəkili sosial hesabında paylaşım edərək bildirib ki, təmsil etdiyim Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən, minlərlə insanın ümidlə üz tutduğu və mənəvi rahatlıq tapdığı Mir Mövsüm Ağa Ziyarətgahına baş çəkdik.
İlahi vergi kimi qəbul olunan qeyri-adi qabiliyyətlərə malik Seyid Mir Mövsüm Ağa insanların yaddaşında şəfa və mərhəmət rəmzi kimi yaşayır.
Bu gün onun uyuduğu – artıq müqəddəs ocağa çevrilmiş bu məkanda dualar oxuduq, ehsan payladıq.
Ziyarətgahlarımız inam yeri, ümid qapısı olmaqla yanaşı, eyni zamanda dini-mənəvi dəyərlərimizin, tarixi -mədəni irsimizin daşıyıcılarıdır deyə millət vəkili qeyd edib.
Deputat həmçinin bildirib ki,bu müqəddəs Cümə günündə Allah etdiyimiz duaları, verdiyimiz ehsan və nəzirləri qəbul etsin.

















