Prezident Düşənbədə
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Düşənbəyə səfərə gedib.
XALQ xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.




