Ötən həftə söküldü,indi isə Abdin Fərzəliyev parkda restoran tikintisinə icazə verdi-Videofakt
Masazırda parkda yenidən qanunsuz tikinti işləri aparılır.
Abşeron rayonu Mazasır qəzəsbəsi Əliağa Vahid küçəsidə yerləşən eyni adlı parkın ərazisində qanunsuz tikinti işləri aparılması ilə bağlı xəbər vermişdik.
XALQ-ın məlumatında qeyd olunurdu ki, sakinlər üçün salınmış parkda restoran-kafe açılması planlaşdırılırdı. Məlumatda qeyd olunur ki, hətta parkın ərazisinə belə giriş çıxış üçün qapı açılmışdır.
Məlumat sosial platformada və mətbuatda yayımlandıqdan sonra qanunsuz tikinti işləri dayandırlaraq tikinti sökülmüşdü.
XALQ-a daxil olan məlumata görə parkın ərazisində söküntü aparılsada lakin yenidən qanunszu tikinti işləri aparılır
Görəsən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu qanusuz tikintiyə hansı şərtlərlə icazə verib?
Məsələ ilə bağlı aidiyyatı qurumların araşdıma aparılması gərəkdir.
Həmin görüntüləri təqdim edirik:










