media-900

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. 

Çempionlar Liqasında  Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edib.

Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a 3:2 hesabı ilə qalib gəlib.

Matçın 4-cü dəqiqəsində K.Duran komandamızı hesabda önə çıxarır.

***

11-ci dəqiqədə “Ayntraxt” hesabı bərabərləşdirir.

***

 

“Ayntraxt” 78-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə hesabda önə çıxır.

***

80-cı dəqiqədə Kamilo Duran bərabərlik qolunu vurur. Qeyd edək ki, təmsilçimizin hər iki qolunda Elvin Cəfərquliyevin etdiyi ötürmədən Kamilo Duran fərqlənmişdi.

***

90+4-cü dəqiqədə Bəhlul Mustafazadə qələbə qolunu vurur.

***

 

 






media-728x90banner

Bənzər xəbərlər