media-005

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, E.Süleymanov küçəsi 116, 118 və C.Naxçıvanski küçəsi 63 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

media-001 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-008 media-009


media-728x90banner

Bənzər xəbərlər