Aydın Hüseynov vətəndaşlarla görüşüb
Milli Məclisin deputatı Aydın Hüseynov vətəndaşlarla görüşüb.
XALQ məlumat verir ki, millət vəkili 16 mart 2026-cı il tarixində Qaradağ rayonu Ələt qəsəbəsində növbəti qəbul keçirib.
Qəbul zamanı sakinlər qəsəbənin mövcud problemləri ilə bağlı fikirlərini səsləndirdilər, müraciətləri isə fərdi qaydada dinlənildi. Bir sıra məsələlər yerində həll olundu, digər müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlar qarşısında qaldırılması üçün nəzarətə götürüldü.





















