media-1
Milli Məclisin deputatı Razi Nurullayev İmişlidə görüşlər keçirib.
XALQ xəbər verir ki, bu barədə millət vəkili sosial hesabında yazıb.
İmişli rayonunda növbəti görüşlərim zamanı seçicilərin evlərini ziyarət edərək onların gündəlik qayğıları, problemləri və təklifləri ilə tanış oldum. Səmimi söhbətlər zamanı vətəndaşları narahat edən məsələləri dinlədik, mümkün həll yolları ətrafında fikir mübadiləsi apardıq.
Deputat qeyd edib ki, rayon sakinlərinin yas məclislərində iştirak edərək onların kədərini bölüşdüm, ailələrə başsağlığı verdim. Belə görüşlər həm insanlarla birbaşa təmasda olmaq, həm də onların hiss və düşüncələrini daha dərindən anlamaq baxımından mühümdür.
Vətəndaşlarla ünsiyyətin davamlı olması, onların problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində addımların atılması prioritet olaraq qalır deyə Razi Nurullayev qeyd edib.
media-1 media-2 media-3 media-4 media-5 media-6 media-7 media-8 media-9 media-10 media-11
media-12 media-13 media-14 media-15 media-16 media-17 media-18 media-21 media-22 media-23 media-25 media-26

media-728x90banner

Bənzər xəbərlər