38 saylı məktəbin rəhbər Sona Abbasovanın fəaliyyətində nöqsanlar aşkarlanıb
Yasamal rayonu A. Məmmədov adına 38 saylı tam orta məktəbdə direktor əvəzi kimi fəaliyyət göstərən Sona Abbasovanın fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb. Məlumata görə, aparılan yoxlama nəticəsində Abbasovanın idarəçilik fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Yoxlamanın səbəbi kimi, müəllimlər və valideynlər tərəfindən edilən şikayətlər göstərilir. Onlar Sona Abbasovanın dərs keçməməsi, müəllimlərə təzyiq göstərməsi, tədris prosesini pozması və etik davranış normalarına zidd çıxışları ilə bağlı narazılıqlarını rəsmi şəkildə bildirmişdilər.
BŞTİ tərəfindən aparılan yoxlama nəticəsində:
– Dərs yükü olduğu halda siniflərə daxil olmaması,
– Müəllimlərin tənəffüsdə qanunsuz iclaslara məcburi cəlb olunması,
– İdarəçilikdə qərəzli və qeyri-peşəkar yanaşmaların olması kimi hallar rəsmi şəkildə sənədləşdirilib.
Məktəb kollektivi Sona Abbasovanın fəaliyyətinə hüquqi qiymət verilməsini və vəzifədən kənarlaşdırılmasını tələb edir. Hazırda məsələ Bakı Təhsil İdarəsinin nəzarətindədir. Etibarlı mənbələrdən əldə edilən məlumata görə, Yasamal rayonu A. Məmmədov adına 38 saylı tam orta məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Sona Abbasovanın fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb. Aparılan yoxlama zamanı bir sıra ciddi nöqsanların aşkarlandığı bildirilir.
Yoxlamalar zamanı həm pedaqoji fəaliyyət, həm də idarəçilik sahəsində pozuntular qeydə alınıb. Mənbə qeyd edir ki, siniflərdə dərs saatlarının keçirilməməsi, müəllimlərin əsaslandırılmamış iclaslara məcburi cəlb edilməsi və təhsil prosesinin təşkili zamanı qeyri-peşəkar davranışlar sənədləşdirilib.
Hazırda müvafiq qurumlar tərəfindən toplanan materiallar əsasında hüquqi qiymət verilməsi gözlənilir. Məktəbdəki vəziyyət nəzarət altındadır.Bakunews.az










