4-cü dalğa gözlənilir?
4-cü dalğa olmayacaq! Dalğa oyunları ilə insanları stressə salmayın!
XALQ.AZ xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev qeyd edib. Həkim iddia edib ki, Azərbaycanda cəmi 1 epidemik alovlanma olub:

“Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu, dalğa deyil, dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb azalsın. 4-cü dalğa proqnozu verənlər bir az düşünsün! Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stressə salmaq olmaz! Bu, ciddi fəsadlar yarada bilər! Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır! Yoxsa su gəlməmiş çırmanırıq yenə?”










