5 gün ardıcıl iş olmayacaq
Yeni ildə ardıcıl 5 gün iş olmayacaq.
XALQ xəbər verir ki, 2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən, Azərbaycanda sonuncu qeyri-iş günü 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
2026-cı ilin 1-2 yanvar tarixləri isə Azərbaycanda Yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlər cümə axşamı və cümə gününə təsadüf edir.