featured-image-12400

65

 

Azərbaycanda 5 nəfər zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.

Xalq.az-ın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, zəhərlənmələr müxtəlif bölgələrdə 25 və 26 dekabr tarixlərində baş verib.

Dekabrın 25-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan Ülviyyə Qarayeva, Xırdalan şəhərində yaşayan azyaşlı Aysel Məmmədova, Gəncə şəhərində yaşayan azyaşlı Yusif Quliyev evlərindən dərmandan zəhərlənmə ilə, Sumqayıt şəhərində yaşayan Lamiyə Vəliyeva evindən dəm qazından zəhərlənmə ilə, dekabrın 26-da Masazır kənd sakini Qönçə Məhərrəmova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.


media-728x90banner

Bənzər xəbərlər