media-80

Anadangəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı internatda pəncərədən yıxılıb.

XALQ-ın məlumatına görə, hadisə 5 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.

Ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb.

“Xəzər Xəbər”ə müraciət edən valideyn Asim Seyidov iddia edir ki, oğlu 2-ci mərtəbədə pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb.

O, bu məsələdə müəllimləri ittiham edir.

Valideynin iddiasına görə, hadisəyə səbəb uşaqlar arasındakı narazılıq olub.

Asim Seyidov deyir ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin birinci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, ikinci mərtəbədə bu məsələ gözdən qaçıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin VII sinif şagirdi oktyabrın 20-də II mərtəbənin pəncərəsindən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Həmçinin məktəbin Pedaqoji şurası çağrılaraq müəllimlərlə söhbət aparılıb, şagirdlərin təhlükəsizliyinin təmin olunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

O ki qaldı məktəbin 2-ci mərtəbəsində pəncərələrin məhəccərlərinin olmamasına, Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları qanunla tənzimlənir. Belə ki, 2004-cü ildən etibarən təhsil müəssisələrinin binalarında, tikililərində və otaqlarında pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması qadağan olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


media-728x90banner

Bənzər xəbərlər