6 saylı doğum evinin həkimi Esmira Bağırova uşağa səhv diaqnoz qoydu-İlginc faktlar-Video
Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Mikayılovlar ailəsi son 10 ayda həkim səhlənkarlığı səbəbindən böyük əzab-əziyyət çəkdiklərini iddia edirlər.
Məlumata görə, Mikayılovlar ailəsinin oğlu 6 saylı doğum evində 2024-cü ildə dünyaya gəlib.
XALQ-ın məlumatına görə, doğumdan dərhal sonra həmin xəstəxananın həkimi Esmira Bağırova ailəyə bildirib ki, uşaqda irsi qalaktorezimiya xəstəliyi var. Ona ana südü olmaz, xüsusi, bahalı süni yeməklərdən istifadə edilməlidir.
10 aydan sonra məlum olub ki, onların övladına səhv diaqnoz qoyulub.
Elmi -Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan “Xəzər Xəbər”ə bildirilib ki, vətəndaş Mikayılova Çiçək Əliyusif qızının dünyaya gətirdiyi övladın neonatal skrininqi aparılıb və nəticələrə əsasən qalaktozemiyaya şübhə aşkar olunaraq bu barədə TƏBİB-ə rəsmi məlumat verilib. Vətəndaşın müraciəti əsasında skrininq nəticələrinin yazılı forması təqdim oluna bilər. Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən yalnız neonatal skrininq nəticələri bildirilir, körpənin sonrakı qidalanması və ya müalicəsi ilə bağlı hər hansı göstəriş və ya məsləhət verilməyib: “Əgər vətəndaş tibbi xidmətin keyfiyyəti və ya tibb işçisinin fəaliyyəti ilə bağlı narazıdırsa, qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdir”.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edirik.