media-83

Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Abay Kunanbayev küçəsindəki 5 mərtəbəli binanın zirzəmisi çirkab sularının içində qalıb. 

XALQ bildirir ki, sakinlər kanalizasiya boruları partlayıb, üfunətdən beyin çartladan çirkab suları da burada gölməcə yaradıb. Bina 3A-nın sakinlər deyirlər ki, 2018-ci ildən bəri iy-qoxudan mənzillərində dayana bilmirlər: “Səsimizin eşidilməsini istəyirik. Binanın özülü də nəmişlikdən aşınıb. Aidiyyəti qurumlardan kömək istəyirik. Müraciət etmədiyimiz yer qalmayıb. Amma tədbir görən yoxdur”.

Sakinlər aidiyyəti qurumların tezliklə tədbir görməsini istəyir.Tribuna

 

 


media-728x90banner

Bənzər xəbərlər