9 qat Dünya Çempionu Ərdoğanla görüşüb
9 qat Dünya Çempionu Araz Musayev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Araz Musayev Türkiyədəki seçkilər zamanı Ankarada olaraq Ərdoğana və AK Partiyə dəstək verdiyini bildirib.
Həmçinin, Araz Musayev bundan sonra da qardaş ölkənin prezidenti və dəyərli dövlət adamı olan Ərdoğana böyük sevgisini və dəstəyini verəcəyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Araz Musayevə “yola devam”, deyərək təşəkkürünü çatdırıb.
