90 TE 010 nömrəli “Range Rover” qəza törətdi: Ö*ən var-Video
Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası olub.
XALQ məlumat verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Zərdab- Ağcabədi avtomobil yolunda baş verib.
“VAZ 21099” markalı minik maşını ilə 90 TE-010 dövlət nömrə nişanlı “Range Rover” markalı maşın toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü Azər Abdullazadə həyatını itirib.
Rayon polis şöbəsinin əməkdaşları araşdırma aparır.














