media-tia_8398b452b59f31c8dc1721936e2976f8_c48hfanjo506tplmvw23-645x430

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir sıra küçə və prospektlərdə aparılan asfaltlanma işlərindən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yolları xətləməməsi sakinlərin narazılığına səbəb olub.

Xalq.online xəbər verir ki, Tribuna.az-a müraciət edən qəsəbə sakinlərinin sözlərinə görə, uzun müddət baxımsız və yararsız vəziyyətdə olan yollar ötən ay asfaltlanıb. Xüsusilə sentyabr ayında qəsəbənin əsas küçələrindən birində asfaltlanma işləri aparılıb.

Sakinlər bildirirlər ki, yeni asfalt örtüyünün çəkilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq, yolda hərəkət zolaqlarını və piyadalar üçün nəzərdə tutulan hissələri AAYDA tərəfindən hələ də həyata keçirilməyib.

Onların sözlərinə görə, sözügedən yol avtomobillərin intensiv hərəkət etdiyi ərazilərdən biridir. Ərazidə məktəb və bağçaların, marketlərin, restoranların və parkların yerləşməsi isə həm avtomobillərin, həm də piyadaların hərəkətini daha da artırır.

Sakinlər hesab edirlər ki, AAYDA-nın yolu xətlənmədən istifadəyə verməsi xüsusilə uşaqlar və digər piyadalar üçün təhlükəli vəziyyət yaradıb:

“Çünki piyada keçidləri olmadığı üçün yolu keçmək olmur. Piyada zolağı olmadığı üçün avtomobillər dayanmır. Hətta bəzən piyadaların üstünə də sürürlər”.

Sakinlər bildirir ki, yol nişanlanmadığından sürücülərin hərəkət istiqamətini düzgün müəyyənləşdirməsi, piyadaların isə yolu təhlükəsiz keçməsi çətinləşir.

Sakinlərin narazılığı xüsusilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) işinə yönəlib. Onlar hesab edirlər ki, asfaltlanma işlərinin ardınca yolun zəruri nişanlanmasının vaxtında aparılmaması məsuliyyətsiz yanaşma təsiri bağışlayır.

“Yol uzun müddət idi ki, bərbad vəziyyətdə idi. Nəhayət, asfaltlandı. Buna görə sakinlər olaraq sevindik. Amma asfalt çəkilib qurtardıqdan sonra iş yarımçıq saxlanılıb. Yolun xətlənməsi də asfaltlanmanın bir hissəsi kimi vaxtında görülməlidir. İndi isə sürücülər də, piyadalar da çətinlik çəkir”, – sakinlərdən biri bildirib.

Digər sakin isə qeyd edib ki, ərazidə məktəb və bağçaların olması vəziyyəti daha da ciddi edir:

“Burada uşaqlar çox hərəkət edir. Səhər və günorta saatlarında məktəbə gedib-gələn uşaqlar, valideynlər, bağçaya gedənlər olur. Maşınların da hərəkəti intensivdir. Yolun xətlənməməsi təhlükəni artırır”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırıq.media-tia_778ca8e8742891f7c3b3ee483a7d8a2e_7ei24xo1y9pn50shf3qu


media-728x90banner

Bənzər xəbərlər